Azərbaycan klubları Antalyada yoxlama matçları keçiriblər

  • By admin
  • 18 Yanvar 2020 22:24

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.

Gununsesi.org-un məlumatına görə, bu gün ölkə təmsilçilərindən 4-ü yoxlama matçında qüvvəsini sınayıb.

Son ölkə çempionu “Qarabağ” qonşu ölkədəki ilk görüşündə Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

İlk oyunda Macarıstan MTK-sına 3 cavabsız qolla uduzan “Qəbələ” Rusiyanın “Çayka” komandasını eyni hesabla məğlubiyyətə uğradıb.

İlk oyunda Macarıstanın “Kaposvar”a məğlub olan (3:4) “Sumqayıt” Rumıniya “Politexnika”sı ilə heç-heçə edib – 1:1.

Nəhayət ilk görüşdə Qazaxıstan təmsilçisi “Jetisu”ya minimal hesabla uduzan (0:1) “Səbail” Ukrayna “Olimpik”i ilə də bacarmayıb – 1:3.

 

Gununsesi.org