Azərbaycan Kubokunda qızıl medal sahiblərinin adı məlum oldu – SİYAHI

  • By admin
  • 11 Noyabr 2019 13:00

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.

Gununsesi.org BAKU.WS-ə istinadən xəbər verir ki, körpücük üzərinə çəkisi 89 kq-a qədər olan atletlər çıxıblar. Lənkəran idmançısı Ceyhun Tağızadə toplam 295 kq (135+160) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qaıxıb. Gümüş medalı toplam 281 kq (127+154) nəticə ilə İsmayıl Baxışov, bürüncə isə toplam 271 kq (120+151) nəticə ilə İsa Həsənli yiyələnib.

Son olaraq körpücük üzərinə ağır çəkili atletlər çıxıblar. 96, 102, 109 və +109 kq çəki dərəcələrində müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər.

Qeyd edək ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

89 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tağızadə Ceyhun 1995 Lənkəran Zirvə 88.7 135 160 295
2. Baxışov İsmayıl 2001 Qobustan Zirvə 87.5 127 154 281
3. Həsənli İsa 2002 Lənkəran Zirvə 81.7 120 151 271
4. Mamayev Yaşar 2003 Neftçala Zirvə 83.3 116 125 241

96 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. İsmayılov Kamran 1993 Sumqayıt Zirvə-Aviator 95.7 143 172 315
2. Qasımzadə Ümüd 2001 Cəlilabad UGİM 89.4 115 130 245

102 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəbiyev Nailxan 1994 Bakı Spartak-Aviator 97.5 140 185 325
2. Şükürlü Əli 2003 Sumqayıt MOİK-Aviator 97.2 132 172 304

109 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəzərov Əliş 1999 Bakı Təhsil-Aviator 103.1 145 173 318

+109 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 129.0 135 185 320
2. Kazımov Rəhman 2002 Xırdalan Zirvə-Aviator 117.2 136 180 316

 

Gununsesi.org