Azərbaycan nefti 50 dolları keçib

  • By admin
  • 18 Avqust 2016 09:38

neft

 

Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,35 dollar və ya 0,7% artaraq 50,29 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info