Azərbaycan nefti ucuzlaşıb

  • By admin
  • 22 Yanvar 2020 16:00

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 68,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.

Bu barədə Gununsesi.org xəbər verir.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 63,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel azdır.

Gununsesi.org