Azərbaycan nefti ucuzlaşır

  • By admin
  • 11 Fevral 2020 13:26

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 59,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.

Bu barədə Gununsesi.org-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 51,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 53,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.

 

Gununsesi.org