Azərbaycan polisinin iş rejimi dəyişdi

  • By admin
  • 16 İyun 2016 12:45

pol1

 

“Formula-1” ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışmasıyla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Əmrə əsasən, Bakıda ilk dəfə təşkil olunan “Formula-1” üzrə Avropa Qran-prisi yarışı ərəfəsində və dövründə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunlarının hərbi hissələrinin şəxsi heyəti iyunun 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əmrdə həmçinin qeyd olunur ki, bütün strateji əhəmiyyətli obyektlər, o cümlədən su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, metropolitendə, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.

Gülnaz Qənbərli