Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv olundu - ADMİNİSTRASİYADA STRUKTUR İSLAHATLARI APARILIR

  • By admin
  • 17 Yanvar 2018 18:00

Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi vəzifəsi ləğv edilib.

Gununsesi.info məlumat verir ki, bu, Prezident Administrasiyasının bu gün yenilənən strukturunda əksini tapıb.

Prezident Administrasiyasının 31 may 2017-ci ildə təsdiqlənmiş yeni strukturunda Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yer alıb və bu vəzifəyə indiyə qədər təyinat olmayıb.

Bu gün isə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi Prezident Administrasiyasının strukturundan çıxarılıb, bu vəzifə Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsi kimi verilib.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Etibar Nəcəfov təyin edilib.

Gununsesi.info