Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

  • By admin
  • 29 Oktyabr 2019 19:38

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

Gununsesi.org xəbər verir ki, hər iki tərəfdən qida sənayesi, səhiyyə, bank, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkarın iştirak etdiyi tədbirdə Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verilib, iş adamları fəal əməkdaşlığa dəvət olunub.

İştirakçılar həmçinin, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracın artırılması, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb, Azərbaycanın və Sankt-Peterburqun iqtisadi-ticarət potensialı, investisiya imkanları barədə təqdimatlar olub.

Tədbir çərçivəsində sahibkarlar mövcud əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələlərini müzakirə ediblər.

 

Gununsesi.org