Azərbaycanda rekord: Üzümçülərin məhsul yığımında 20% artım var

  • By admin
  • 29 Yanvar 2020 14:48

2019-cu ildə Azərbaycan üzümçüləri 201,8 min ton məhsul yığıblar.

Gununsesi.org xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən il ilə müqayisədə, 20,4 faiz çoxdur. Bu isə 1996-cı ildən bəri rekord göstəricidir.

Ümumilikdə, 2019-cu ildə 16,1 min hektar ərazidə üzüm bağları salınıb. Orta məhsuldarlıq ötən il 12,9 faiz artaraq, hər hektara görə 104,8 sentner olub.

Gununsesi.org