Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü olub

  • By admin
  • 30 Oktyabr 2019 12:16

Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib.

Gununsesi.org-un məlumatına görə, Müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyi ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 29-da Bakıya gəlib.

 

Gununsesi.org