Azərbaycan vətəndaşlarına viza verilməsində gözlənilən çətinliklər və tövsiyyələr – Qubad İbadoğlu yazır

  • By admin
  • 19 Noyabr 2019 11:14

Son zamanlar azərbaycanlıların adının qanunsuz miqrasiya məsələlərində hallanması ölkəmizə münasibəti dəyişə bilər. Gununsesi.org bildirir ki, bu barədə tanınmış ictimai xadim Qubad İbadoğlu özünün sosial şəbəkə hesabında yazıb. Onun fikrincə, Azərbaycan vətəndaşlarına viza verilməsində çətinliklər olacaq: “Siyasi mühacir biznesində Azərbaycanın adının hallanması Avropaya, ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə viza almaqda aşağıdakı çətinlikləri yaradacaq:

1. Viza üçün müraciət edənlərə imtina cavabları çoxalacaq.

2. Viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq.

3. Vizanın verilməsi prosesi bir çox hallarda 2 həftəyədək uzadılacaq. Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırmalması ilə əlaqədar olacaq.

4. Verilən vizanın müddəti qısa və girişlərin sayı məhdud olacaq.

5. Şenqen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq”.

Qubad İbadoğlu xaricə səfər etmək niyyətində olanlara tövsiyyədə bulunub: “Tövsiyyəm budur ki, müraciətləri üçün çox zaman ayırsınlar, səfər tarixindən ən azı 1 ay öncədən viza görüşü alsınlar, viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yanlışlığa və saxtakarlığa yol verməsinlər, uçuş biletlərini vizanı əldə etməmiş almasınlar, viza müsahibələrinə hazırlıqlı getsinlər, bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görünsünlər.

 

Gununsesi.org