Azərbaycan vasitəsilə Avropaya 128 kiloqram heroinin keçirilməsinin qarşısı alınıb

  • By admin
  • 19 İyun 2019 09:30

İyunun 18-də Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları İrandan gələn Iv

eco yük maşınında 128 kiloqramdan çox heroin aşkar edərək götürüblər.

DGK-nın mətbuat xidmətindən Gununsesi.org-a verilən  məlumata görə,  yük maşını Azərbaycandan tranzit keçərək Avropaya gedirmiş. Boş yük maşınını Türkiyə vətəndaşı Karataş İmdat idarə edirmiş.

Maşına baxış zamanı xüsusi öyrədilmiş it kabinədə narkotik maddənin olduğunu aşkar edib. Rentgen qurğusunda avtomobilə baxış zamanı sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Oradan içərisində ümumi çəkisi 128 kq. 689 qr. heroin olan 251 paket aşkar edilib.

Fakt üzrə istintaq başlayıb.

Gununsesi.org