Azərbaycan XİN: ”Həlak olan azərbaycanlının kimliyi araşdırılır” 

  • By admin
  • 07 İyun 2016 13:40

Hikmat Hajiyev

 

“Terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluğu Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırır”.

Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.

Bu gün səhər saatlarında İstanbulda ard-arda 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfərin öldüyü deyilir. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki vətəndaşdır. Partlayış zamanı 36 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.  (Admiral.az)