Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib

  • By admin
  • 08 Dekabr 2019 16:14

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Gununsesi.org xəbər verir ki, Azərbaycan XİN bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb:

“Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.

Gununsesi.org