Azərbaycana ağlagəlməz üsulda narkotik keçirtmək istəyən iranlı tutuldu – VİDEO

  • By admin
  • 13 Noyabr 2019 11:20

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn həmin ölkə vətəndaşı Pour Nabi Mavaneh Abdollah Aziz oğlu saxlanılıb və əl yükü rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Gununsesi.org xəbər verir ki, Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd qara rəngli sellofan torbada olan karton qutunun içərisində, 2 ədəd yumru formalı ehtiyyat hissələrinin hər birinin daxilindəki boşluqda, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3420 qram olan qara rəngli narkotik vasitə – tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org