Azərbaycanda əlillərin sayı AÇIQLANDI

  • By admin
  • 13 Fevral 2018 17:28

Azərbaycanda fiziki qüsurlu insanların sayı açıqlanıb.

Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min fiziki qüsurlu şəxs var.

O bunun ölkə əhalisinin 6 faizini təşkil etdiyini bildirib: “Son illər əhalinin sayı 1,5 milyon nəfər artsa da, bu qrup insanların sayında artım yoxdur. Buna səbəb reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir”.

Gununsesi.info