Azərbaycanda əmək hüquqlarının pozulması halları çoxalıb - ABŞ-DAN ÇAĞIRIŞ

  • By admin
  • 29 Oktyabr 2019 12:12

 

ABŞ Azərbaycana xəbərdarlıq etdi

ABŞ Prezident Adminstrasiyasının Ticarət Nümayəndəliyi Ofisi Azərbaycanın ticarət üstünlüklərinin ümumi sisteminə uyğunluğunu nəzərdən keçirəcək.

Gununsesi.org xəbər verir ki, buna səbəb Azərbaycanda əmək hüquqlarının pozulması hallarının çoxalmasıdır. Ticarət üstünlüklərinin ümumi sistemi ABŞ bazarına məhsulların və xidmətlərin idxalı zamanı ölkələrə müəyyən imtiyazlar verir.

Azərbaycan ticarət üstünlüklərinin ümumi sistemini qiymətləndirmək üçün üçillik prosesə 2017-ci ilin oktyabr ayında cəlb olunub.

Gununsesi.org