Azərbaycanda ərzaq, içki və siqaretin qiyməti BAHALAŞDI

  • By admin
  • 18 Mart 2019 13:00

2019-cu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətlərində 1,9 faiz artım olub.

Dövlət Statistika Komitəsindən Gununses.org-a bildirilib ki, həmin müddət ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,5 faiz artıb.