Azərbaycanda 17 il axtarışda olan şəxs tutulub

  • By admin
  • 30 Oktyabr 2019 19:38

Uzun müddət axtarışda olan Astara sakini saxlanılıb.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər Nazirliyini (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com – a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq adiyyatı üzrə təhvil verilib.

 

Gununsesi.org