Azərbaycanda 64 yaşlı qadının əkizləri oldu

  • By admin
  • 22 Oktyabr 2019 20:37

Bu gün Azərbaycanda 64 yaşlı qadınla 70 yaşlı kişinin əkiz övladları dünyaya gəlib.

Gununsesi.org xəbər verir ki, cütlük süni mayalanma sayəsində övlad sahibi olublar.

Doğuş Bakıda yerləşən özəl xəstəxanaların birində baş tutub.

Uşaqlardan biri qız, digəri isə oğlandır.

Qeyd edək ki, bununla da Azərbaycanda 64 yaşından sonra ana olanların sayı 7-yə çatıb.

 

Gununsesi.org