Azərbaycanda bir ildə 821 nəfər yol qəzasında ölüb

  • By admin
  • 22 Yanvar 2020 11:36
Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.
Gununsesi.org xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub. Nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.