Azərbaycanda faciəvi hadisə - FHN axtarışlara başladı

  • By admin
  • 05 Dekabr 2019 16:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Ağdaş rayonunda 1982- ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub.

Gununsesi.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Gununsesi.org