Azərbaycanda idxal ixracdan çox artıb - GÖMRÜK KOMİTƏSİ

  • By admin
  • 19 Fevral 2019 11:32

2019-cu ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 302 milyon 364 min ABŞ dolları təşkil edib.

Gununsesi.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatında xəbər verilir ki, idxal əməliyyatları üzrə 1 milyard 22 milyon 719 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 279 milyon 645 min ABŞ dolları ticarət reallaşıb.

İDXAL İXRACDAN DAHA ÇOX ARTIB

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 milyard 727 milyon 332 ABŞ dolları, o cümlədən idxal 688 milyon 625 min ABŞ dolları, ixrac 1 milyard 38 milyon 707 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, ötən ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında idxal 334 milyon dollar və ya 48,5%, ixrac isə 241 milyon dollar və ya 23,2% artıb. Göründüyü kimi idxalın artması ixracın artmasını üstələyib.