Azərbaycanda medianın durumu pisləşib - MÜSTƏQİL SAYTLAR BLOKLANIR, JURNALİSTLƏR TƏQİB EDİLİR

  • By admin
  • 18 Aprel 2019 23:34

Sərhədsiz Reportyorlar (RSF) Təşkilatı 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb.

Gununsesi.org-un qurumun saytına istinadən verdiyi xəbərə görə, hesabatda dünya ölkələrində medianın mövcud durumu geniş təhlil edilib.

Sənəddə bildirilir ki, jurnalistlərin tam təhlükəsizlik şəraitində işləyə biləcəyi ölkələrin sayı azalır, avtoritar rejimlər mediaya nəzarəti gücləndirirlər.

Bu indeks hər il 180 ölkə və ərazidə jurnalistikanın durumunu dəyərləndirir. Qurum bir çox ölkələrdə siyasi liderlərin jurnalistlərə ifadə etdiyi düşmənçiliyin tez-tez ciddi zorakılıq forması aldığını, jurnalistlər üçün qorxu və təhlükəni görünməmiş həddə qaldırdığını bildirir.

Azərbaycanın da adının daxil edildiyi hesabatda ölkəmizdə bu sahədə vəziyyətin pis olduğu qeyd olunub.

Azərbaycan 180 ölkə içində 166-cı yeri tutub. Ötən il isə 162-ci idi: “Müstəqil jurnalistlər və bloqqerlər qısnama, döyülmə, şantaj və rüşvətə boyun əyməyincə absurd ittihamlarla həbs olunurlar. Zerkalo və Azadlıq qəzetləri kimi müstəqil media iqtisadi baxımdan boğulub. AzadlıqRadiosu zorla bağlanıb. Əsas müstəqil xəbər vebsaytları bloklanıb”.

Hesabatda Ermənistanın Azərbaycandan irəlidə oldğu da əks olunub: “Ermənistan 9 pillə irəliləyərək 61-ci yeri tutub. Bu ölkədə “məxməri inqilab”dan sonra hökumətin dövlətə məxsus media üzərində nəzarətinin yumşaldığı bildirilir.

Gürcüstan isə 60-cı yerini qoruyub saxlayıb. Bu ölkədə medianın müstəqil, ancaq xeyli qütbləşmiş olduğu vurğulanır”.mağı tamam atmasıyla sonuclanıb”, – qurum bildirir.