Azərbaycanda müəllim işləyən FETÖ-çülər Afrikada TUTULDU (FOTO)

  • By admin
  • 14 İyun 2019 10:45

MİT-in keçirdiyi əməliyyatla Fətullah Gülənin rəhbəri olduğu “FETÖ” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 nəfər Orta Afrika ölkəsi olan Qabondan tutularaq Türkiyəyə gətirilib.

Gununsesi.org Türkiyə KİV-nə istinadən məlumatına görə, saxlanılan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal İstanbul 22-ci Ağır Cəza Məhkəməsinə hakim qarşısına çıxarılıb. Onlar “silahlı terror təşkilatına üzv olmaq”, “təşkilata maliyyə yardımı etmək” maddələri  ilə ittiham olunurlar.
Qeyd edək ki, İbrahim Akbaş, Adnan Demirönal ifadələrində Qabondan əvvəl, Azərbaycanda müəllim kimi çalışdıqlarını bildiriblər.