Azərbaycanda qəribə təsadüf: Toyda doğulan kişi toyda da öldü

  • By admin
  • 07 Noyabr 2019 16:50

Bacımın yoldaşını anası toyda dünyaya gətirib. Adını da toyda qoyublar. İndi toyda öldü. Kənddə xeyir iş var imiş, gedib. Məclisin sonunda toyda yıxılıb, həkim çatana kimi keçinib.

Gununsesi.org axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Telli Borçalı “Şou ATV” verililişində deyib. O, bacısının ərinin bu yaxınlarda toy məclisində dünyasını dəyişdiyini deyib:

“İki övladı qaldı. Bacıma bəd xəbəri qaynı verib. Həmin gün ATV-də çəkilişdə idim. Telefonum da sönmüşdü. Getdim evə açdım ki, nə qədər zəng gəlib. Zəng vuranda artıq bəd xəbəri dedilər”.