“Azərbaycanda rəqibim yoxdur” - QALMAQALLI AÇIQLAMA VERDİ

  • By admin
  • 06 Noyabr 2019 09:57

“Eurovision” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova qalmaqala səbəb olacaq açıqlama verib.

Gununsesi.org bildirir ki, Lent.az-a açıqlama verən ifaçı şou-biznes aləmində rəqibsiz olduğunu deyib:

“Öz yaşıdlarımın arasında rəqibim yoxdur. Bu belədir. Mən yalnız dünya ulduzlarının səhnələrinə, kliplərinə baxıram. Onlardan müsbət nələrsə özüm üçün götürürəm. Deyə bilmərəm ki, Azərbaycanda sevdiyim müğənni yoxdur. Sevilən və bəyəndiyim müğənnilərimiz çoxdur, amma mənim rəqibim deyillər”.

Qeyd edək ki, D.Kazımova 2014-ci ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edib.