Azərbaycanda siqaretlərin qiymətləri bahalaşdı

  • By admin
  • 01 Fevral 2020 13:50

Ötən gündən paytaxtın bir sıra iri market və məhəllələrarası kiçik mağazalarında siqaretlərin qiymətində artım olub.

Gununsesi.org xəbər verir ki, bəzi siqaretlər mağazalarda fərqli qiymətlərə təklif edilir.

Məsələn, bəzi mağazalarda “Winchester” daha əvvəl 2.80 AZN-ə, bu gün isə 3.10 AZN-ə satılır. 2 AZN-ə təklif edilən “LD” siqaretləri isə 2,40 AZN-ə qalxıb.

Digər siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik arasında bahalaşma müşahidə edilir.

Mağaza sahiblərinin sözlərinə görə, gələn həftədən etibarən siqaretlərin qiymətləri kütləvi olaraq bahalaşacaq.

Onu da qeyd edək ki, bəzi mağazalarda siqaretlər köhnə qiymətlərlə satılır.

Gununsesi.org