Azərbaycanda tədavülə yeni pul nişanı buraxıldı

  • By admin
  • 24 Oktyabr 2019 18:41

Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü ilə bağlı addım atıb. 

Gununsesi.org xəbər verir ki, Mərkəzin Bankın məlumatına görə, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.
BDU-nun 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Universitetin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

 

Gununsesi.org