Azərbaycanda yenilik: BƏLƏDİYYƏ TAKSİ ŞİRKƏTİ YARADILDI

  • By admin
  • 13 Dekabr 2017 10:42

Vergilər Nazirliyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC-ni dövlət qeydiyyatına alıb.

Gununsesi.info xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 7, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Zahid Zəkulla oğlu İsmayılovdur.

Bələdiyyənin sədr müavini Könül Nəsirova report.az-a bildirib ki, şirkətin yaradılmasında məqsəd yerli özünüidarəetmə orqanının büdcə gəlirlərini artırmaqdır: “Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün belə bir təşəbbüslə çıxış etmişik. Məqsəd həm də Bakıxanov qəsəbəsinin sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verməkdir. Yəni, bu taksi şirkətində qəsəbə sakinləri işlə təmin olunacaq”.

Gununsesi.info