Azərbaycandakı siyasi məhbuslar AŞ PA müzakirəsinə çıxarılır - HESABAT

  • By admin
  • 18 Yanvar 2020 11:23

2020-ci il yanvarın 27-31-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında yeni prezident seçiləcək.

Gununsesi.org xəbər verir ki, sessiyada Gürcüstan və Moldova prezidentləri, həmçinin Gürcüstan xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi, habelə Avropa Şurasının yeni seçilmiş baş katibi çıxış edəcək.

Sessiyanın gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də daxildir. Bu məsələyə yanvarın 29-da baxılacaq.

Deputatlar media azadlığı və jurnalistlərin təhlükəsizliyinə təhdidlər və digər məsələləri müzakirə edəcəklər.

Gununsesi.org