Azərbaycandan Avstraliyaya narkotik keçirmək istədilər – VİDEO

  • By admin
  • 09 Dekabr 2019 14:50

Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Gununsesi.org xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumata əsasən Bakı Karqo Terminalında Azərbaycandandan Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.

Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.

 

 

Gununsesi.org