Azərbaycanı tərk edənlərin sayı AÇIQLANDI

  • By admin
  • 15 Fevral 2018 11:54

Dövlət Statistika Komitəsi daimi yaşamaq üçün Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayını açıqlayıb.

Komitədən Gununsesi.info-ya verilən məlumata görə, 2017-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gəlib.

Rəsmi məlumata görə, 1901 nəfər ölkədən gedən kimi qeydə alınıb. Miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.

Gununsesi.info