Azərbaycanın futbol millisinin yenilgisi – 2:0 (VİDEO)

  • By admin
  • 20 Noyabr 2019 10:59
Azərbaycan millisi “AVRO-2020″nin seçmə mərhələsində son oyununu keçirib.
Gununsesi.org xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Hesabı 19-cu dəqiqədə Robert Bojenik açıb. 86-cı dəqiqədə isə Marek Hamşikin zərbəsindən sonra top Bəhlul Mustafazadəyə dəyərək qapıya daxil olub.
Bu nəticədən sonra Slovakiya 13-cü xalını qazanıb, Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub.
E qrupunun digər oyununda Uels Macarıstanı məğlub edərək (2:0) həlledici raunda yüksəlib. Slovakiya isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını itirib.