Azərbaycanın turizm potensialının təbliği ilə bağlı beynəlxalq konfrans keçiriləcək

  • By admin
  • 22 May 2019 12:50

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ Ölkəmizin turizm potensialının təbliği mövzusunda beynəlxalq konfransın keçirilməsi” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən Gununsesi.org-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycannın yalnız, neft, idman yox, eyni zamanda turizm ölkəsi kimi də beynəlxalq ictimaiyyətə təqdim etməkdir:

“Bu gün ölkəmizin inkişaf etmiş sahələrindən biridə turizmdir. Bilirsiniz ki, ölkəmizin turizm potensialı zəngin olduğundan Azərbaycanda turizmin bir neçə növü yüksək səviyyədə inkişaf edibdir. Digər sahələr isə inkişaf etməkdədir. Buna nümunə olaraq, sağlamlıq-müalıcə turizmini, qış turizmini, qastronomik, raftinq və s növlərini mövcuddur. Bu layihə vasitəsi ilə keçiriləcək beynəlxalq konfransda ölkəmizin turizm sahəsinin inkişafı qonaqlara təqdim olunacaqdır. Düşünürük ki, bu konfrans Azərbaycana turistlərin cəlb edilməsinə müəyyən mənada dəstək olacaqdır. Eyni zamanda ölkənin turizm şirkətləri ilə təəcrübə mübadiləsi baxımından da əhəmiyyətli olacaqdır”.

Xatırladaq ki, layihə çərçivəsində iyunun 24-27 tarixlərində beyəlxalq konfransın keçirilməsi və Azərbaycanın bir neçə turizm obyektlərinə səfərin edilməsi nəzərdə tutulubdur.