Azərbaycanla Avropa İttifaqı arasında saziş düyünə düşüb - XİNDƏN RƏSMİ CAVAB

  • By admin
  • 23 Aprel 2019 17:14

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq saziş barədə sualı cavablandırıb.

Gununsesi.org-un məlumatına görə, XİN rəsmisi “Mətbuatda bu ilin 13 may tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı ilə əlaqədar məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz” sualına L.Abdullayeva belə cavab verib:

“Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb. Çünki, ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”.