Azərbaycanlı aktrisa Gülay Hüseynova Türkiyədə seriala çəkilir.
Axşam.az-ın məlumatına görə, o, Show TV-də yayımlanan “Yeni gəlin” serialında rol alıb.
Ekran işinə 57-ci bölümdə daxil olan Gülay orada həkim Oksana obrazını canlandırıb.
Qeyd edək ki, Gülay bundan əvvəl Star TV-də yayımlanan “Kalbimin sultanı” serialında çəkilmişdi. G.Hüseynova eyni zamanda tamaşaçıya kitabları ilə də tanışdı.