Azərbaycanlı bloqqer futbol matçında tribunadan yıxılıb əlini sındırdı – Fotolar

  • By admin
  • 07 Noyabr 2019 10:07

Moskvada Çempionlar Liqasının “Lokomotiv” – “Yuventus” matçının ikincisi hissəsində meydançaya qaçmağa hazırlaşan Azərbaycan əsilli məşhur rusiyalı bloqqer Sübhan Məmmədov (Subo) tribunadan yıxılıb. Gununsesi.org-un məlumatına görə, nəticədə o, əlini sındırıb.

“Dostlar, ikinci hissədə meydançaya çıxmağa hazırlaşıram. Qorxuram, amma düşünürəm ki, məndə alınacaq”, – deyə Məmmədov insidentə qədər İnstaqram hesabında izləyicilərinə söz verib.

O, növbəti paylaşımını isə artıq yıxıldıqdan sonra lentə alıb. Asfaltın üstündə uzanılı halda özünü çəkən bloqqerə iki tibb işçisinin yardım etdiyi nəzərdən qaçmayıb. Daha sonra o, əli gipsli vəziyyətdə foto paylaşıb.

Qeyd edək ki, Sübhan Məmmədovun İnstaqramda 3 milyondan çox izləyicisi var.