Azərbaycanlı deputat Yesuntikiyə 35 milyon xərclədi - VİDEO

  • By admin
  • 24 İyun 2016 18:25
Vladimir Vladimirov
Yesuntukidə Azərbaycanın sərmayesi ilə sanatoriya açılıb. Gununsesi.info xəbər verir ki, 400 nəfərlik sanatoriya layihəsi Azərbaycanın sərmayə proqramı kampaniyası çərçivəsində tikilib. Azərbaycandan yatırılan sərmayə hesabına tikilən yeni “İstoçnik” sanatoriyasına 1,5 milyard rubl (35 milyon manat – red.) sərmayə qoyulub.

Açılış mərasimində Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və layihəyə sərmayə yatıran tanınmış iş adamı Əsabil Qasımov iştirak edib.

 

Çoxistiqamətli sanator kompleks mədə-bağırsaq traktı, nəfəs orqanları, ürək-damar və dəri xəstəlikləri, şəkərli diabet, cinsiyyat orqanlarının xəstəliyi və uroloji patologiya xəstəliklərinin müalicəsi və profilaktikası, o cümlədən cərrahiyyə əməliyyatlardan sonra reabilitasiya müalicəsində ixtisaslaşır.

“İstoçnik” sanatoriyası son bir neçə ildə Qafqaz Mineral Sularında istifadəyə verilən ən iri kurort obyektidir.

Polad Bül-Bül oğlunun sözlərinə görə, yeni sanatoriya ən müasir standartlara cavab verir.

Layihənin sərmayəçisi  Əsabil Qasımov Milli Məclisin deputatıdır. (Anspress)