Azərbaycanlı gənc Cənubi Koreyada Azərbaycanı tanıtdı – TƏQDİMAT

  • By admin
  • 04 Dekabr 2019 18:30

Cənubi Koreyanın “Koreya Qabaqcıl Elm və Texnologiya İnstitu”nda Sosial İqtisadiyyat üzrə MBA təhsili alan Azərbaycanlı gənc Tural Verdiyev xarici investorların Azərbaycana maraq səbəbləri, əcnəbi yatırımçılar üçün yaradılan şərait və Azərbaycanda olan biznes mühiti ilə bağlı təqdimat edib.

Gununsesi.org-un məlumatına görə, təqdimat çərçivəsində iştirakçılara Bakı Dəniz Limanı, Ələt İqtisadi Zonasının yaradılması haqqında məlumat verilib, Azərbaycanın xarici investorlar üçün sabit və əlverişli ölkə olduğu vurğulanıb.

Həmçinin Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət tərəfindən verilən dəstək barədə məlumat verilib.

Məlumat üçün qeyd edək ki, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) dünya universitetlərinin reytinq cədvəlində 40-cı yerdə olan “Ən güclü universitetlər” siyasındadır.

 

Gununsesi.org