Azərbaycanlı həkim Türkiyədə güllələndi – VİDEO

  • By admin
  • 07 Noyabr 2019 14:25

Türkiyədə özəl xəstəxananın sahibi olan həkim azərbaycanlı həmkarını güllələyib.

Gununsesi.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Avcılar ilçəsində yerləşən özəl xəstəxanaların birində baş verib. Xəstəxananın sahibi T.Cəlal azərbaycanlı həmkarı A.A ilə mübahisə edib. Mübahisə əsnasında həkim üzərindəki silahla həmkarına atəş açıb. O, hadisə yerindən qaçmaq istəsə də xəstəxana önünə gələn polislər tərəfindən saxlanılıb.

Bakırköy Sadi Konur dövlət xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib. anews.az/