Azərbaycanlı hakim “Yuventus”un oyununa təyinat aldı

  • By admin
  • 01 Noyabr 2019 12:44

FİFA referisi Rauf Cabarov növbəti təyinatını alıb.

Gununsesi.org xəbər verir ki, UEFA ona UEFA Gənclər Liqasında oyun həvalə edib.

Belə ki, Cabarov noyabrın 6-da Moskvada keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq.

Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.

 

Gununsesi.org