Azərbaycanlı iş adamı Belarusdan deportasiya edildi

  • By admin
  • 24 İyul 2019 10:43

Azərbaycan vətəndaşını Belarusdan deportasiya ediblər.

Adı açıqlanmayan azərbaycanlının Belarus ərazisinə yarım il ərzində girişinə qadağa qoyulub.

Buna səbəb onun yaşamadığı şəhərdə sahibi olduğu firmanı qeydiyyatdan keçirməsi olub. Belə ki, azərbaycanlının firması Qrodno şəhərində qeydiyyatdan keçdiyi halda, onun şirkətinin bu bölgə ilə heç bir əlaqəsi olmayıb.

 Azərbaycanlı biznesmen işləri yaşadığı Vitebsk şəhərindən aparıb.

Bu fakt Belarus hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı aşkarlanıb.

Azərbaycanlı oxşar qanun pozuntusuna görə daha əvvəl də məsuliyyətə cəlb olunmuşdu.

Gununsesi.org