Azərbaycanlı iş adamı Rövşən Əliyev İstanbulda silahlı hücuma məruz qaldı

  • By admin
  • 18 Avqust 2016 10:38

8a2996433afb6edbf37ab030af18ebe3

İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyev silahlı hücuma məruz qalıb.

Gununsesi.info-nun  APA-ya istinadən verdiyi xəbərə görə, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.

Baş verən atışma nəticəsində  ağır yaralanan iş adamı və sürücü xəstəxanaya çatdırılıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq şəxsiyyəti müəyyənləşməyən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Atışma zamanı Rövşən Əliyevin avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb. Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.

9f91aee20ec819b5555ce8188eeb3820

Gununsesi.info