Azərbaycanlı müğənni ərinə mahnı həsr etdi, klip çəkdirdi – Video

  • By admin
  • 28 Noyabr 2019 12:52

Xalq artisti Brilliant Dadaşova yeni klipini ictimaiyyətə tanıdıb.

Gununsesi.org xəbər verir ki, “Şükür ola” adlı mahnının söz və musiqisi Fərid Kərimliyə məxsusdur.

Qeyd edək ki, xanım ifaçı bu barədə paylaşım edərək sözügedən mahnını həyat yoldaşı Ədalət Hacıyevın doğum gününə həsr etditini bildirmişdi: “31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm”.

Klip “Caspian Media Holding” şirkəti tərəfindən istehsal olunub. Klipdə müğənni ilə bərabər, modellər Marina Dar və Kənan Mehdi çəkiliblər. Onlar ekran işində sevgili cütlüyü canlandırıblar. Klipin çəkilişləri yay aylarında Qubada aparılıb.

 

Gununsesi.org