Azərbaycanlı müğənni bacarılması çətin olan rekordda imza atdı – FOTO

  • By admin
  • 18 Yanvar 2020 10:59

Xalq artisti Röya Ayxanın “Instagram” hesabındakı izləyici sayı iki milyon olub.

Gununsesi.org xəbər verir ki, izləyici sayının iki milyona çatmasını ilk olaraq Röyaya oğlu Hüseyn çatdırıb. O, anasının “Whatsapp”ına “Ana,  “Instagram”da izləyicilərinin sayı iki milyon olub” yazaraq, onu məlumatlandırıb.

Röya isə oğlu Hüseyn ilə bu yazışmasını “Instagram” hesabının “hekayə” bölümündə paylaşaraq “Oğlum hamıdan çox sevinib deyəsən. Mənim həyatım” sözlərini qeyd edib. Beləcə, Röya Ayxan Azərbaycanda sosial media hesabında ilk iki milyon izləyicisi olan məşhur olub. Xalq artisti bununla daha bir rekorda imza atmış olub.

 

 

Gununsesi.org