Azərbaycanlı qadın müğənni kişilərlə oynadı, başına pul səpdilər – VİDEO

  • By admin
  • 17 Yanvar 2020 18:43

Gürüstanda kişi məclislərinin birində iştirak edən gənc müğənni Canan pul yağışına tutulub.

Gununsesi.org xəbər verir ki, ifaçının başına kişilər çoxlu pul səpiblər.

Gördüklərindən təəccübünü gizlətməyən Canan kişilərlə oynayıb. Yerə səpilən pulları isə süpürgə ilə yığışdırıblar.

Həmin anları lentə alan müğənni “Gürcüstanda sevənlərimlə bir arada. Sevginizə, ürəyinizə Canoş qurban. Ağıllı-ağıllı yazanlar, mənə kiminsə düşüncəsi önəmli deyil” yazaraq şəxsi “Instagram” hesabında yayımlayıb.

Müğənni Cananın kişi məclisindən yayımladığı video izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar ifaçının bu addımına mənfi rəylər yazaraq, tənqid atəşinə tutublar.

Xəbər oxu.az saytında dərc edilib.

 

 

Gununsesi.org