Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi - FOTO

  • By admin
  • 14 Fevral 2018 23:34

İnterpol azərbaycanlı qadın sahibkar barədə beynəlxalq axtarış elan edib.

Gununsesi.info xəbər verir ki, 1951-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olan Həsənova Meyransa Avaz qızı vergidən yayınmaqda təqsirləndirilir.

M.Həsənova vergidən yayınmaqda ittiham olunaraq barəsində cinayət işi başlansa da, xanım sahibkar istintaqdan yayınıb. Nəticədə məhkəmə M.Həsənova barəsində həbs qətimkan tədbiri seçilməsi və tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.

Gununsesi.info