Azərbaycanlı qadın “Forbes”ın siyahısına düşdü - FOTOLAR

  • By admin
  • 15 Fevral 2019 18:22

“Düzünü desəm, hələ də inanmağım gəlmir. Avropada FORBES 30 under 30” siyashısına düşmək böyük qürur, şərəf və məsuliyyətdir”.

Gununsesi.org  xəbər verir ki, bu barədə Azərbaycanın gənc qadın sahibkarlarından, bu il “Forbes” jurnalının Avropada “Forbes 30 Under 30” siyahısına düşən Zərəngiz Hüseynova yazıb.

“Bu siyahı mənim üçün sadəcə təltif sayılmır. Bu həm də öz baxışını, mövqeyini və nəylə məşğul olduğumuzu daha böyük insan kütləsinə çatdırmaq imkanıdır.

Qadın və qızların təhsili, onların özünə əminliyi, seçim azadlığı və arzu etdikləri, həmçinin istədikləri işləri görmək imkanı olduqca vacibdir. Həm cəmiyyət üçün , həm də ayrı-ayrı fərdlərdən ötrü.

Hər nə olursa-olsun, döyəndə də dözərəm, abortda gender əlamətlərinə görə seçimə göz də yumaram”, diplom sadəcə bir əlavədir, həyat evliliyə “qədər” və “sonra”ya bölünür…

Hər nə olursa-olsun, mən çox yaxşı ev xanımı olmalı, təmizləməli, uşaqları oxutmalı və həyat yoldaşımın qayğısına qalmalı, rəsm çəkməli, marafonda qaçmalı, süni itellekt barədə söhbətlər aparmalı, həmişə formada olmalı, gözəl geyinməli və dünyada ən maraqlı işləmələym və s. və.i.a.

Toylarda 7 oğul və bir qız arzulamaq yerinə sağlam, güclü və təhsil almış uşaqlardan danışmalıyıq”, -deyə o qeyd edib.
Onun sözlərinə görə, təhsil sadəcə riyaziyyat və biologya haqqında biliklərdən ibarətdir:

“Təhsil, dərrakənin genişləndirilməsi və düşüncənin aktiv obrazıdır. Bu cəmiyyətdəki xürafatlardan asılı olmayaraq azadlıq seçimi, öz tarixinin yazılışıdır. Bu, həm də tənqidi düşüncə və öyrənmək qabiliyyətidir.

Bu, həm də öz ətrafının bu gün nəyi müəyyən etdiyini və sabah nə olacağı barədə anlayışdır. Bu özün və dünya qarşısında məsuliyyətdir. Həmçinin heç nəyə borclu qalmadığın və “uğurlu uğurun” olmadığı barədə təsəvvürdür. Yalnız seçim var. Sən varsan, ətrafa görə minnətdarlıq duyğusu var və öz dəli, “qeyri-mümkün”, gözəl arzularına görə tempin var”.

“Bu, “WoWoman Community”nin 4 ildir üzərində durduğu dayaqdır və yeni W.Space adlı layihəmizin işlədiyi mövzudur. Bu layihə şəhərin mərkəzində kişi və qadınlar üçün, “güc yeri”ni axtaranlar, ingilis dili kurslarına yazılmaq, dostlarla görüşmək, biznes planını müzakirə etmək, kitab oxumaq istəyənlər üçün məkan və infrastrukturu nəzərdə tutur”,- deyə xanım sahibkar qeyd edib.