Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

  • By admin
  • 29 Sentyabr 2016 22:25

silah

 

Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib. APA-nın yerli bürosunun mərhumun yaxınlarına istinadən verdiyi xəbərə görə, hadisə Qazaxıstanın Qostanay  şəhərində baş verib. Zərdab rayon sakini 50 yaşlı Çingiz Muxtar oğlu Əhmədov güllənərək qətlə yetirilib.

Məlumata görə, uzun müddətdir ki, qətlə yetirildiyi şəhərdə yaşayan Ç. Əhmədov müxtəlif yüksək vəzifələrdə çalışıb. Son vaxtlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Mərhumun meyiti doğulduğu rayona gətirilərək dəfn olunub.

 

Gununsesi.info